19.12.2011
– 19.12.2012. Aradan
keçən 1 il. Çəkilən əziyyətlər, görülən işlər, batan səslər, boya bulaşan əllər
və s.
Tam 1 il bundan əvvəl GFB Azərbaycan olaraq rəsmi fəaliyyətimiz başladı. Sentyabr-Oktyabr aylarından başlayan çalışmalarımız axırki dekabr ayında nəticə verməyə başlamışdı.
Əvvəlcə internetdə toplanmağa başlamışdıq. Sonradan Əhmədli qəsəbəsi, Bakı kinoteatrında görüşmək qərarına gəldik ( O gündən etibarən həmin məkan bizim oyunlara baxdığımız yer oldu). Görüşdük. 7-8 nəfər olardıq. Söhbət etdik və GençFenerbahçelilərin (GFB) rəsmi nümayəndəliyini açmağı qərara aldıq. Bu görüşdən sonra, Türkiyə ilə əlaqələr yaratmağa başladıq. Müəyyən bir müddətdən sonra, Bakıda yaşayan, əsl azarkeş, Kill For You üzvlərindən Erkut Batuhan abi ilə tanış oldum. Onun vasitəsilə tribunalarımızın öndə gələn azarkeş qruplarından “Cefakar Kanaryalar” qurucusu Alpaslan Özçelik ilə əlaqə yaratdıq. Adam kimi Adam! Hər sualıma cavab verdi, maraqlı olan bütün məsələlərə aydınlıq gətirdi. Alpaslan abi bizi GFB rəsmiləri ilə telefon vasitəsilə görüşdürdü. GFB`dən Ömer Özkal abi ilə danışdıq. Azərbaycanda rəsmi fan club açmaq istədiyimizi bildirdik. Çox müsbət qarşıladı və əlindən gələn yardımı edəcəyini bildirdi. Burada biraz daha sayımızı artırmağımız və pankart düzəltdirməyimiz lazım gəldi. Hər kəs əlini daşın altına qoyur, əlindən gələni etməyə çalışırdı. Hətda Bakı kinoteatrında olan Beşiktaş tayfasının öndə gələn simalarından, hər klub azarkeşinin sevgisini qazanmış, “Dayanmıyunn, Qışqıruunn, Beynivizi titrədin” sözləri daima dillərdə dolaşan Amigo Maqa belə bizim üçün əlindən gələn yardımları əsirgəmədi. Bizi tanış elədiyi Fenerbahçeli, Mahmud müəllimin yardımı ilə rəsmi pankartımızı hazırladıq. Pankartla şəkillərimizi çəkdirib İstanbul-GFB`yə göndərdik və rəsmi olaraq fəaliyyətə başladığımız elan olundu.
İlk tədbirimizi fəaliyyətə başladığımız gündən 1 gün sonra 20.12.2012 tarixində həyata keçirdik. Fenerbahçemizin voleybol komandası Fenerbahçe Acıbadem Rabitə Bakı komandası ilə CEV çempionatının oyunu üçün Bakıya gəldi. İlk tədbirin həyəcanı və xoşbəxtliyi ilə oyunun keçiriləcəyi Sərhədçi İdman Olimpiya Kompleksinə yola düşdük. Azərbaycan Voleybol Federasiyasının və Rabitə Bakı klubunun idarəçilərinin “İdman Vətənpərvərlikləri” ucbatından müəyyən problemlər yaşanmışdı. Problemlər həll olunduqdan sonra komplekse daxil olduq və komandamıza dəstək olmağa başladıq. GFB Azərbaycan tərəfindən oyunda açılan “Yeterki Gel Bana Senede 1 Gün” pankartı Azərbaycanlı Fenerbahçelilərin komandasına olan həsrətinin bir göstəricisi idi. Oyun 3-1 hesablı Rabitə Bakı`nın qalibiyyəti ilə başa çatdı.
Bu oyundan sonra fan club olaraq, Fenerbahçemizin bütün oyunlarını toplu şəkildə izləmək üçün ilk toplandığımız məkan – Bakı kinoteatrında toplanmağa başladıq. Burada yaratdığımız əsl tribuna ortamı rəqib azarkeşlərin də diqqətini cəlb etmiş, onlar da birləşmək qərarına gəlmişdirlər.
Dəfələrlə müxtəlif vaxtlarda iclaslar keçirilərək, aramıza qatılmaq istəyən üzvlər qeydiyyata alındı, hərkəs GFB mədəniyyəti ilə yaxından tanış edildi.
Rəqib komanda azarkeşləri arasında hər zaman ilkləri edən fan clubumuz yenə də bir ilkə imza ataraq xüsusi GFB Azərbaycan yazılı şərflər gətirdi və üzvlər şərflərlə təmin edildi.

Növbəti tədbirimiz 22.02.2012 tarixində Fenerbahçemizin voleybol komandası Fenerbahçe Universalın yenidən Bakıya gəlməsi ilə gerçəkləşdi. Bu dəfə də Fenerbahçemizi tək buraxmadıq və daha yaxşı təşkil olunmuş şəkildə komandamıza dəstək verdik. Fenerbahçe oyundan 3-0 hesabı ilə qalib ayrıldı. CEV çempionlar ligi 4/1 oyunları Bakıda keçiriləcəyi üçün Fenerbahçemizin 4/1 oyunlarına vəsiqə qazanmağı bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Fenerbahçemiz
Rabitə Bakını İstanbulda da məğlub edərək CEV 4/1 oyunlarına vəsiqə qazandı. O
gündən etibarən hazırlıqlara başladıq. Pankartlar, bəstələr, şüarlar və s.
Hazırlıqları tamamlayıb oyun gününü gözləməyə başladıq. 24-25 Mart tarixində
keçiriləcək 4/1 oyunları üçün internetdən tədbirlər yayımlandı və
azarkeşlərimiz toplandı.
İlk oyun 24.03.2012 tarixində Dinamo Kazan komandasına qarşı oldu. Oyun Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirildi. Salona daxil olduq və İstanbuldan gələn FBD (Fenerbahçeliler derneği) tayfası ilə birlikdə komandamıza dəstək olduq. Güclü dəstək və komandanın əzimli oyunu nəticəsində ilk oyundan 3-1 hesabı ilə udduq və final oyununa vəsiqə qazandıq. Finalda rəqibimiz Fransanın Cannes komandası olacaqdı.

Final oyunu günü yenidən salona gəldik daha güclü bir dəstəklə komandanın yanında olduq. Oyundan əvvəl, həmin günə təsadüf edən voleybol komandamızın oyunçusu Duygu Bal`ın ad günü üçün hazırladığımız “Nice Sarı-Lacivert Senelere, İyiki Doğdun Duygu Bal” pankartı tribunada açıldı və oyunçumuz tribunaya çağırılaraq alqışlarla ad günü təbrik edildi. Komandamız bu oyunda da azarkeşlərin dəstəyi və güclü oyun sayəsində 3-0 hesablı qələbə qazanmış və CEV Çempionlar Liginin kubokunu əldə etmişdi. Komandayı Türkiyəyə çempion göndərməyin qüruru ilə komandamızı yola salırdıq.

Bu oyunlar GFB Azərbaycanın 1 illik tarixində əsla unudulmayan və əsla unudulmayacaq, qürurverici oyunlar idi.
12.05.2012 tarixində Fenerbahçe – Gs derbisi, çempionun müəyyənləşdiriləcəyi oyun üçün Bakıdan 10 nəfərlik heyyətlə, komandamıza Saraçoğlundan dəstək olmaq üçün İstanbul`a yola düşdük. GFB Azərbaycan olaraq oyun üçün hazırlanan xoreoqrafiyada iştirak etdik, Fenerbahçe tesislerini, muzeyini, mağazaları gəzdik və Fenerbahçe tarixi ilə əyani tanış olduq.

Bundan əlavə bizi Azərbaycan tribunalarında görmədiklərini bildirərək, sadəcə “kinoteatr azarkeşi” olduğumuzu düşünən bəzi qruplara gözəl bir dərs vermək, həm də Azərbaycan Milli komandasına dəstək olmaq baxımından, 07.09.2012 tarixində keçirilən Azərbaycan – İsrail oyununa getmək qərarına gəldik. Əzəli rəqib və əzəli dost fan clublarımızdan uA Azərbaycan və Çarşı Bakı ilə ortaq qərar alaraq, ortaq sevgimiz AZƏRBAYCAN üçün tribunaya birlikdə çıxdıq. Günlərlə pankartlar hazırlandı, bəstələr məşq edildi. Oyundan qabaq yenə də “Azərbaycan polisinin humanist addımları” sayəsində günlərdir pankart üçün çəkilən əziyyətlər boşa getdi. Ama buna baxmayaraq yenə də milli komandaya dəstək olundu və nəyə qadir olduğumuz hərkəsə göstərildi.....

10.12.2012ci il tarixində ölkəmizin qeyri hökümət təşkilatlarından olan İrəli İctimai Birliyinin, İrəli İdman Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzaladıq. Bu müqaviləyə əsasən tərəflər Fenerbahçenin Azərbaycanda daha güclü təbliğatı üçün ortaq layihələr hazırlayacaq, maarifləndirmə işləri aparacaq.
Belə...
1 il ərzində böyük tədbirlərimizin və fəaliyyətimizin bir qismini sizinlə bölüşməyə çalışdıq. Ən böyük fəaliyyətimiz, uğurumuz isə ondan ibarət oldu ki, GFB AzərbayCAN olaraq bir ailə ortamı yaratmağa nail olduq.
Fan clubumuzun yaranmağında ən başdan bəri köməkliklərini əsirgəməyən, Sefa Reis`e, Alpaslan Özçelik`e(Grup CK), Erkut Batuhan`a, Ömer Özkal`a və yardımlarını əsirgəməyən digər bütün şəxslərə, hər Avropa oyununda GFB Azərbaycan şərflərini tribunada açaraq bizləri qürurlandıran başda GFB Europe üzvləri olmaqla bütün qardaşlarımıza minnətdarlığımı bildirirəm. Haqqınızı Halal Edin.. Adını çəkməyi unutduğum, üstümüzdə haqqı olan hərkəsə də sonsuz təşəkkürlər..

GFB AzərbayCAN`dır...

GFBAzerbayCAN <3
ОтветитьУдалить